Premyer Liqada ən çox tamaşaçı toplayan 5 oyun - SİYAHI

03:00 Azarkeş 43
Premyer Liqada ən çox tamaşaçı toplayan 5 oyun - SİYAHI

Cari mövsümün azarkeş rekordu qırılıb.

Sportinfo.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 12-ci turunun “Kəpəz” – “Qarabağ” oyununa təsadüf edib.

0:0 hesabı ilə başa çatan görüşdə Gəncə şəhər stadionuna 15 500 tamaşaçı toplaşıb. Bu isə mövsümün ən çox azarkeş toplayan matçı olub.

Əvvəlki rekord da Gəncədə qeydə alınmışdı. Belə ki, 4-cü turun “Kəpəz” – “Şamaxı” (1:4) qarşılaşmasında 15 000 nəfər olub.

Cari mövsümün geridə qalan hissəsində ən çox azarkeş toplayan 5 oyunun hamısı “Kəpəz”in ev matçında reallaşıb. 6-cı turda “Sumqayıt”la (1:4) oyuna 14 500, 8-ci turda “Zirə” (1:1) ilə görüşə 13 800, 3-cü turda “Turan Tovuz”la (1:0) qarşılaşmaya isə 13 500 tamaşaçı toplaşıb.

İkinci dövrənin ilk turunda keçirilən 6 oyunu ümumilikdə 21 650 nəfər tribunadan izləyib. Bu isə mövsümün ən yaxşı 4-cü göstəricisidir. Hələlik rekord 8-ci tura məxsusdur – 30 800.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 16:50 Çək və bizə göndər!