Ən az tamaşaçı toplayan oyun

22 Sentyabr 2017 17:00 Azarkeş 820
Ən az tamaşaçı toplayan oyun

“Arsenal”ın ev oyunlarını keçirdiyi “Emireyts” stadionunda antirekord qeydə alınıb. Sportinfo.az xəbər verir ki, "topçular"ın İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində “Donkaster”i 1:0 hesabı ilə məğlub etdikləri görüşü 44064 azarkeş izləyib.

Bu, 11 il əvvəl istifadəyə verilmiş stadionda ən az tamaşaçı toplayan oyundu. 60 min tutuma malik “Emireyts”də əvvəlki antirekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt “Şrusberi” ilə görüşü cəmi 46539 fanat izləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?