Sumqayıtlı azarkeşlər öz legionerinə belə sahib çıxdı - FOTOLAR

5 Dekabr 2023 20:00 Azarkeş 514
Sumqayıtlı azarkeşlər öz legionerinə belə sahib çıxdı - FOTOLAR

Ötən həftə “Sumqayıt” üçün acı xatirə ilə yadda qaldı.

Komandanın legioneri Kristian Velinovski ağır zədə alaraq uzun müddət yaşıl meydanlardan kənarda qalmalı oldu.

Şimali Makedoniyalı futbolçunun ayağı “Lerik”lə matçda sındı.

24 yaşlı yarımmüdafiəçinin çətin günlərində komandası maksimum onun yanında olmağa, mənəvi dəstək göstərməyə çalışır.

İlk olaraq əcnəbi futbolçunun müalicə aldığı xəstəxanaya baş məşqçi Samir Abasov və futbolçular yollanmışdılar.

Davamında yoldaşları Kristianı Tovuz səfərində də unutmadı.

Öncə kollektiv çəkilən fotoda “18 nömrə"li formaya yer ayrıldısa, Elvin Bədəlov ilk qoldan sonra növbəti dəfə həmin formanı tribunalara nümayiş etdirərək qolu kimə həsr etdiklərinin mesajını vermiş oldu.

Bu gün isə Sumqayıt təmsilçisinin yeganə azarkeş qrupu olan “Kimyaçılar” Kristianın yanına baş çəkiblər.

Fan-klubun rəhbəri Sənan bəy və bir neçə üzvü ona şəfa diləyib, mənəvi dəstək nümayiş etdiriblər.

Tərəfdarların gəlişindən məmnun olan Kristian buna görə onlara təşəkkür edib.

Sonda tərəflar arasında xatirə fotosu da çəkilib.

Görüşdə çəkilmiş fotoları sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI