“Qarabağ”lı azarkeşlər klubun rəhbərliyinə müraciət ünvanlayıb. Sportinfo.az xəbər verir ki, bununla bağlı onlar sosial şəbəkələrdə paylaşımlar edib.
Paylaşımlarda stadionun amfiteatrı xatırlatdığı üçün “Roma” ilə oyuna oturacaqlara kiçik “Qarabağ” bayraqlarının qoyulmasını xahiş ediblər.
“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələ ilə bağlı Axar.az-a açıqlamasında bildirib ki, bu təşəbbüsü dünya futbolunda əsasən klubun özü yox, azarkeş qrupları həyata keçirir:
“Bu birbaşa azarkeşlərin təşəbbüsü olmalıdır. Klub yalnız bu işin təşkilatçılığını edə bilər. Bunu hər hansı özəl şirkətlər və ya fan-klubların özləri həyata keçirir”.

