“Çelsi” azarkeşlərini hədələdi: "Stadiona buraxılmayacaqsız"

12 Sentyabr 2017 13:00 Azarkeş 616
“Çelsi” azarkeşlərini hədələdi: "Stadiona buraxılmayacaqsız"

“Çelsi” rəhbərliyi azarkeşlərini antisemitizm davranışlarına görə hədələyib. Sportinfo.az xəbər verir ki, “Lester”lə oyunda “Çelsi” azarkeşləri Moratanın şərəfinə mahnı oxuyublar.

Mahnıda isə deyilir ki, guya Morata yahudilərə nifrət edir. “Çelsi” azarkeşlərinin bu addımı “Tottenhem”ə qarşı yönəlib. Çünki onlar “Tottenhem”i yahudi klubu hesab edirlər.

“Çelsi” rəhbərliyi məsələ ilə bağlı bəyanat yayaraq, fanatlara xəbərdarlıq edib. Rəhbərlik belə azarkeşlərin müəyyənləşdirilərək cəzalandırılacağını bildirib:

“Oxunan mahnı antisemitizm xarakterli idi. Bu da yolverilməzdi. Məsələ araşdırılacaq və günahkarlar sərt cəzalandırılacaq. Belə azarkeşlər stadiona buraxılmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?