Deputat "Qarabağ"a görə onu 4 saat gözlədən qıza təşəkkür etdi

10 Sentyabr 2017 15:22 Azarkeş 743
Deputat "Qarabağ"a görə onu 4 saat gözlədən qıza təşəkkür etdi

"Düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra “Qarabağ” – “Roma” oyununa bilet aldım" - Sportinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə "feysbuk" səhifəsində yazıb.

O bildirib ki, bileti ASAN Xidmətin Yasamal filalının binasında yerləşən bilet kassasından əldə edib: “Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar.

Bilet satışını həyata keçirən firma bu işi daha yaxşı təşkil edə bilərdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldu”.

Aydın Mirzəzadə satıcı qıza böyük təşəkkür düşdüyünü də qeyd edib: “Çünki yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. Lakin buna baxmayaraq, o, çox səbirlə işləyirdi və böyük növbəyə görə hətta nahara da getmədi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti