"Neftçi" rəhbərliyinə dedi: "Qaquliklər, bunu birdəfəlik anlayın ki..."

29 Avqust 2017 19:36 Azarkeş 978
"Neftçi" rəhbərliyinə dedi: "Qaquliklər, bunu birdəfəlik anlayın ki..."

"Neftçi" azarkeşləri yenidən təzyiqlərə başlayıb. Sportinfo.az xəbər verir ki, çempionat başlayandan qələbə üzünə həsrət olan flaqmanın debütant "Səbail"ə 1:0 hesablı məğlubiyyəti və "Kəpəz"lə heç-heçəsi fanatları daha da hiddətləndirib.

Komandasından yalnız çempionluq gözləyən azarkeşlər sabiq çalışdırıcı Elxan Abdullayevi Elşad Əhmədovun əvəzləməsindən də narazıdı. "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyev də şəxsi "feysbuk" səhifəsində narazılığını bu şəkildə bildirib.

"Neftçi"nin bugünkü durumundan nigaran qalan ancaq biz fanatlarıq deyəsən. Bunlar nə fikirləşir, neyləmək istəyir? Elşad yaxşıdı deyirsiz. O nə yatıb ki, nə də yuxu görüb? Vaxtında Elxan da yaxşı idi sizin üçün.

Deyirlər Elşad "Neftçi"nin U-19 komandasında uğur qazanıb, əzmkar kollektiv formalaşdırıb. Qaquliklər, bunu birdəfəlik anlayın ki, "Neftçi"də uğurlu kimi tanınmaq üçün ancaq çempion olmalısan. Sizlər 2, 3-cü yerləri tutmağı uğur saya bilərsiz. Amma bizlər üçün uğur yalnız çempionluqdu.

Allah eləməsin, Elşadla yola davam ediləcəksə, bu özünüz üçün "istefa"nı hazırlamaq deməkdi. "Neftçi" azarkeşi nağıllara toxdu artıq bu 3 ildə. Uğur qazanmaq istəyirsizsə pulu çox bəhanə etməyin.

Pul vacib olsaydı "Səbail" şapalaq vurmazdı. İnanmaq lazımdı, mövsümün əvvəlidi ya uğur qazanacaqsız ya da gedəcəksiz. Başqa yol yoxdu artıq, hər gələn məşqçinin avaz oxumasından doymuşuq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti