"Sabah"lı futbolçular azarkeşlərin borcunu necə qaytardı? - VİDEO+FOTOLAR

9 Avqust 2022 16:00 Azarkeş 691
"Sabah"lı futbolçular azarkeşlərin borcunu necə qaytardı? - VİDEO+FOTOLAR

"Sabah" yeni mövsümə fırtına kimi başladı.

Yenilənən, legionerləşən "Sumqayıt"a komanda aman vermədi.

Elə startda qonaqları qapısına sıxan meydan sahibləri ilk hissə bir, ikinci yarı 2 qol vurmaqla 3 xal əldə etməyi bacardı.

Əla hücumlar quran, baxımlı qollar vuran komandanın fanatları da meydandakı ansanbıldan geri qalmadı.

Belə ki, fanatlar açılış matçına xüsusi hazırlıq görmüşdülər. Komandanı gətirən avtobusu arenaya kimi "Sabah" atributlarına bürünən motosikletlər müşayiət etdisə, arenaya yol tutan futbolçuları isə azarkeş qrupunun digər üzvləri möhtəşəm atmosferlə paltardəyişmə otağına yola saldılar.

Xoş surprizin oyunçulara da pozitiv izlər buraxdığını simalarındakı gülüşdə görməmək mümkün deyildi.

Belə qarşılanma həm də Murad Musayevin yetirmələrinin boynuna qələbə borcu da qoydu deyə bilərik.

Amma başda qeyd etdiyimiz kimi sonda futbolçular da fanatların borcunu qaytara bildi.

Ümumiyyətlə, "Sabah"da əsası ötən ildən qoyulan fanat-komanda birliyinin hələ çox komandaları Masazırdan başıaşağı yola salacağını indidən proqnozlaşdırmaq olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"