"Qarabağ"da xüsusi hazırlıq: "Son nöqtəni qoyacağıq"

21 May 2022 19:00 Azarkeş 1 123
"Qarabağ"da xüsusi hazırlıq: "Son nöqtəni qoyacağıq"

Bu gün Azərbaycan Premyer Liqasında keçiriləcək sonuncu turla mövsümə yekun vurulacaq.

Sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirən "Qarabağ" doğma meydanda son çempion "Neftçi"ni qəbul edəcək.

"Köhlən atlar" çempionluq tituluna da məhz bu qarşılaşmadan sonra xüsusi mərasimlə qovuşacaq.

Əzəli rəqiblə oyun günü çempionluq kubokunun veriləcəyini nəzərə alan tərəfdarlar matça xüsusi hazırlıq görüblər.

Belə ki, komandanın ən böyük azarkeş qrupu olan "İmarət" bu barədə öz sosial şəbəkə hesabından paylaşım edib.

"Sabah 2021-2022 mövsümündə son nöqtəni qoyacağıq!

Çempiona layiq,ən güclü azarkeş qrupumuz ilə..." deyə yazılan postla bu gün axşamı nişan verən fanatlar konkret hansı addımları atacaqları barədə məlumat verməyiblər.

İstənilən halda üstüörtülü ismarıcdan da axşamkı matçda qələbəlik yaşanacağını ehtimal etmək asandır.

"Azərsun Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 19:30-da veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!