"Qarabağ"ın oyununda GƏRGİNLİK - "İmarət" tribunanı niyə tərk etdi?

12 May 2022 20:00 Azarkeş 1 568
"Qarabağ"ın oyununda GƏRGİNLİK - "İmarət" tribunanı niyə tərk etdi?

Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edir.

İlk hissəsi 4-0 meydan sahiblərinin xeyrinə başa çatan görüşdə gərginlik yaşanıb.

Belə ki, "ağdamlılar"ın ən böyük azarkeş qrupu olan "İmarət Tayfa" oyunun ilk hissəsinin gedişində tribunanı tərk edib.

Fanat qrupu belə qərar vermələrini sosial şəbəkə hesablarında yazdıqları geniş postda belə izah edib:

“İmarət Tayfa” hazırda davam edən "Qarabağ" -"Sumqayıt" matçının 5-ci dəqiqəsində könüllü olaraq tribunanı tərk etmişdir.

Buna səbəb azarkeşkərimizin olduğu sektora hər zamankından və digər sektorlardann daha çox polis əməkdaşının cəlb olunması, o cümlədən azarkeşilərin suni şəkildə provaksiyaya çəkilməsidir.

“İmarət Azarkeş Qrupu” olaraq hazırdakı həssas durumu nəzərə alaraq daha anlayışlı və qabaqlayıcı tədbirlər görülməsinin tərəfdarıyıq.
“İmarət” ailəsinin tribunalarda və cəmiyyətdəki nüfuzunu qorumağa və adımızı daima dəyərli tutmağa davam edəcəyik".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti