Azarkeşləri millinin son oyunu maraqlandırmır

11 Noyabr 2021 16:00 Azarkeş 902
Azarkeşləri millinin son oyunu maraqlandırmır

Milli bu gün DÇ-2022-nin seçmə mərhələsinin sonuncu matçına çıxacaq.

Rəqib sentyabrda səfər qarşılaşmasında 1:2 hesabı ilə məğlub olduğumuz Lüksemburq seçməsidir.

Canni de Byazinin yetirmələrinin cari seçmə mərhələdə uğursuz çıxış etdiyini və son iki gündə paytaxtımızdakı küləkli hava şəraitini nəzərə alsaq, Bakı Olimpiya Stadionunda azarkeş izdihamının yaşanmayacağını əminliklə deyə bilərik.

Oyunun başlamasına saatlar qalmış bilet satışının nə yerdə olması ilə maraqlandıq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a açıqlamasında 5 mjn civarında biletin satıldığını və matç saatına qədər stadionun kassalarında satışın davam edəcəyini bildirdi.

Koronavirus pandemiyası ilə əlaqədar məlum təhlükə səbəbindən Bakı Olimpiya Stadionuna arenanın ümumi tutumunun 50 faizi qədərində azarkeşin buraxılmasına icazə verilir. Bu isə, 30 mindən bir qədər artıq deməkdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!