"NEFTÇİ"DƏ ÜSYAN - "Samir, əsəblərimizlə oynama. İstefa ver, get"

8 Noyabr 2021 17:00 Azarkeş 1 842
"NEFTÇİ"DƏ ÜSYAN - "Samir, əsəblərimizlə oynama. İstefa ver, get"

"Neftçi" mövsümdə ikinci məğlubiyyətini "Ask Arena"da "Keşlə"dən aldı.

Matçın gedişində 2:0 önə çıxan son çempion gözlənilmədən 3 qol buraxaraq sonda məğlub oldu.

Ötən tur əzəli rəqib "Qarabağ"dan alınan ağır məğlubiyyətin (0:4) ardınca, "Keşlə"yə də belə təslim olmaq "flaqman"ın fanatlarının səbr kasasını daşırmış oldu.

Bunu klubun rəsmi "feysbuk" səhifəsindəki "Keşlə" ilə qarşılaşmanın nəticəsinin elan olunduğu postda yazılan şərhlərdə açıq-aşkar görmək mümkündür.

Kimisi rəhbərliyi, kimisi futbolçuları qınasa da, çoxluğun əsas hədəfi baş məşqçi Samir Abasovdur. Əksəriyyət düşünür ki, məhz uğursuzluğun bir nömrəli günahları gənc çalışdırıcıdır.

Sizləri həmin şərhlərlə tanış edirik:

- "Neftçi" doğru yolda deyil".

- "İllərin "Neftçi"si nə günlərə qaldı. Çatan 3-4 dənə vurur".

- "Öz oyunçularını aşağılayan məşqçinin uğur qazanması mümkünsüzdür". "Neftçi" uduzmadı. Komandanın içindən məğlubiyyət gəldi. Çox güman ki, Samir ilə davam etmək istəmirlər. Hara gedir bizim futbol?".

- "Məncə, "Neftçi" Region Liqasına qatılsın".

- "Qardaşlar, dostlar, əzizlər, canlarım-gözlərim "Neftçi"nin indiki heyəti kifayət qədər güclüdür. Əmma Samir Abasovdur. O Samir ki, Sənan Qurbanova məğlub olur eyyy... Hansı ki, mən Sənan Qurbanova məşqçi deyəndə dilim topuq vurur. Dağıl ey dünya!!!".

- "İndi məğlubiyyətə nə şərh verəcək, maraqlıdı? Komandada niyə sol cinah müdafiəçisi yoxdur? Bu Sezarın, Harramizin, Mbocun əvəzinə olmazdı ki, sol cinaha oyunçusu alına? Bu adamın "B" planı yoxdu da. Ancaq 3-6-1 bilir".

- "Samir İstefa!!!!".

- "Samir indi nə deyəcək? "Keşlə"nin də heyəti bizdən güclüdür?".

- "Samir, əsəblərimizlə oynama. İstefa ver, get".

- "Dinamo" Tbilisi hələ də inana bilmir ki, gör kimə uduzub".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti