“Azərbaycanı təmsil edən komandaya necə uduzmaq olar axı?”

5 Noyabr 2021 19:00 Azarkeş 4 138
“Azərbaycanı təmsil edən komandaya necə uduzmaq olar axı?”

“Qarabağ” Konfrans Liqasında keçirdiyi növbəti matçını da qələbəylə başa vurdu.

Almatıda “Kayrat”a 2:1 hesabı ilə qalib gələn təmsilçimiz, bununla da xalların sayını 10-a çatdırdı.

Qazaxıstanda rəqibinə aman verməyən “köhlən atlar”ın “sarı-qaralar” üzərindəki qələbəsi almatılı futbolsevərləri özündən çıxarıb.

Çılğın fanatlar klubun sosial şəbəkə hesablarında hirsini gizlətmir, başda Kurban Berdiyev olmaqla bəzi futbolçuların komandaya yaramadığını iddia edirlər.

Həmin şərhlərdən bir neçəsini təqdim edirik:

“Vəssalam. Konfrans Liqası da belə getdi. Yarımmüdafiə xətti heç nə, Pokatilov “deşik”.

“Kayrat”ın müdafiəsi faciədir”.

“Bizə yenə “2” verdilər”.

“Azərbaycanı təmsil edən komandaya necə uduzmaq olar axı?”

“Qurtarmış heyət. İfliclər!”

“Futbola sağollaşaq, yoxsa UEFA-dan xahiş edək bizim üçün dördüncü liqa açsın?”.

“Biabır olmaq üçün yaxşı oyun idi”.

“Berdiyev, aut”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!