Qazaxıstanda yaşayan azərbaycanlılara MÜJDƏ – Ən qısa zamanda...

1 Noyabr 2021 11:40 Azarkeş 1 033
Qazaxıstanda yaşayan azərbaycanlılara MÜJDƏ – Ən qısa zamanda...

Avropa Konfrans Liqasının qrup mərhələsindəki yeganə təmsilçimiz “Qarabağ” noyabrın 4-ü səfərdə “Kayrat”ın qonağı olacaq.

Təmsilçimiz Qazaxıstanda dəstəksiz qalmayacaq. Belə ki, oyunun keçiriləcəyi Almatıda, həmçinin bölgələrdə yaşayan azərbaycanlılar həmin gün Mərkəzi stadionda yerini tutacaq.
Artıq bununla bağlı “Qarabağ”a müraciət olunub.

"Köhlən atlar”ın mətbuat katibi Gündüz Abbaszadə Sportinfo.az-a bu barədə məlumat verdi:
“Bəli, Qazaxıstanda yaşayan azərbaycanlılar bizə yazır, məlumat almaq istəyir. Əsas suallar hansı sektorda yer alacaqları və biletin qiyməti ilə bağlıdır. Bu məsələ ilə bağlı meydan sahibləri ilə danışıqlarımız davam edir. Ən qısa zamanda sosial şəbəkə səhifələrimizdə bununla bağlı məlumat yerləşdiriləcək”.

“Kayrat” – “Qarabağ” matçı cümə axşamı, Bakı vaxtı ilə saat 19.30-da start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti