"Qarabağ" bu yeri nişan verdi - "Neftçi" üçün satış

29 Oktyabr 2021 21:20 Azarkeş 1 632
"Qarabağ" bu yeri nişan verdi - "Neftçi" üçün satış

Azərbaycan Premyer Liqasının IX turunda keçirilcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılır.

Sportinfo.az Ağdam təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri oyun günü - oktyabrın 30-da satışda olacaq.

Qiymətlər müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir.

Biletləri "Azersun Arena"dan və "Park Bulvar"ın 2-ci mərtəbəsində yerləşən “Qarabağ”ın fan-şopundan əldə etmək olar. Oyun günü azarkeşlər üçün qapılar matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti