“Qəbələ”li xanım şikayətçidir: “İnanmazdım ki, bu qədər tərbiyəsizlik edərlər”

26 Oktyabr 2021 19:20 Azarkeş 1 439
“Qəbələ”li xanım şikayətçidir: “İnanmazdım ki, bu qədər tərbiyəsizlik edərlər”

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Keşlə” – “Qəbələ” matçında qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, qonaq komandanın azarkeşi Sevinc Novruzova Keşlənin eyniadlı klubunun əməkdaşları tərəfindən tribunadan qovulduğunu bildirib.

O, bu barədə öz "feysbuk" hesabında paylaşım edib: “Qismətdə stadiondan qovulmaq da var imiş. Özünü klubun işçiləri kimi təqdim edən Tural Hüseynəliyev və Emil adlı bir nəfər məni 3 dəfə tribunada oturduğum yerdən qovublar.

PFL-in akkreditasiya kartları olmasaydı, inanmazdım ki, klubun işçiləri bu qədər tərbiyəsizlik edərlər.

Deyirəm, niyə məni stadiondan çıxarırsan, səbəb nədir? Bu pandemiya vaxtı qaydalar dəyişdi, yaxud klubun işçilərinin ürəkləri elə istəyir deyə mənimlə pis davrandılar?

Hər yer “Qəbələ”li, futbolçunun atasından tutmuş adi formasını geyinib oyuna gələn azarkeşə kimi orada idi. Bunların deyəsən gücləri ancaq mənə çatırdı.

Ya da qarşı cinsin nümayəndəsi ilə boş-boş danışmaq üçün belə edirdilər? Qapının arxasını göstərib "yerin oradır" deyirlər.

2014-cü ildən stadionda olan biri kimi deyə bilərəm ki, fan-klublar üçün ayrılmış yerlərdən başqa istənilən yerdə sıravi azarkeş kimi oturmaq olar.

Mən isə əvvəl media sektorun önündə, daha sonra isə qapıya yaxın yerdə oturdum. Orda da rahatlıq vermədilər. 7-8 nəfərin birdən cinayət törətmiş kimi sorğu sualında, basqısında olmaq çox qorxutdu".

Digər Xəbərlər
Xəbər Lenti