Metro bu gecə gücləndirilmiş rejimdə işləyəcək - "Qarabağ"a görə

21 Oktyabr 2021 20:10 Azarkeş 339
Metro bu gecə gücləndirilmiş rejimdə işləyəcək - "Qarabağ"a görə

Sportinfo.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Konfrans liqasının qrup turniri çərçivəsində "Qarabağ"ın keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Bakı Metropoliteni”ndən verilən xəbərə görə, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək.

"Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti