“Qarabağ” - yalnız 300-dək VİP bilet qalıb

21 Oktyabr 2021 16:10 Azarkeş 553
“Qarabağ” - yalnız 300-dək VİP bilet qalıb

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyununa satılmış biletlərin sayı açıqlanıb.

Qarşılaşma üçün satışda yalnız 300-dək VİP biletlər qalıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Mərkəzi arena 30 000 fanat qəbul edə bildiyindən, matç üçün təqribən 15 000 bilet satışa çıxarılıb.

Bu güm Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti