"Qarabağ"dan son xəbər - Yarısı satılıb, siz də tələsin

18 Oktyabr 2021 18:00 Azarkeş 692
"Qarabağ"dan son xəbər - Yarısı satılıb, siz də tələsin

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyun böyük maraqla qarşılanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma üçün 2 günə 7 mindən çox bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15 min bilet satışa çıxarılıb.

Oktyabrın 21-də oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"