Millinin İrlandiya ilə oyununa maraq var? – AFFA-dan AÇIQLAMA

7 Oktyabr 2021 14:00 Azarkeş 1 278
Millinin İrlandiya ilə oyununa maraq var? – AFFA-dan AÇIQLAMA

Azərbaycan millisi 2 gün sonra İrlandiya seçməsini qəbul edəcək.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmaya marağın böyük olduğunu deyə bilmərik.

Bizimkilərin 5 oyundan sonra aktivinə 1 xal yazması, rəqibin adlı-sanlı olmaması futbolsevərlərin fikrini Bakı Olimpiya Stadionunun yolunu tutmaqdan yayındırır.

Oyuna bir gün qalmış bilet satışının hansı vəziyyətdə olması ilə maraqlandır.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a verdiyi açıqlamada bu gün saat günorta saatlarına qədər 4 minə yaxın biletin satıldığını bildirdi.

Azərbaycan – İrlandiya qarşılaşmasının start fiti oktyabrın 9-u saat 20.00-da çalınacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!