Daha biri təminat verdi

21 May 2020 20:20 AÇ-2020 1 021
Daha biri təminat verdi

Azərbaycandan sonra Rumıniya da AVRO-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb. Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir.

İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!