"Bizə bir az vaxt lazımdır"

19 May 2020 09:14 AÇ-2020 817
"Bizə bir az vaxt lazımdır"

İspaniyanın Bilbao şəhərindən sonra Niderlandın paytaxtı Amsterdam da AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli federasiyanın baş katibi Qeys de Yonq "Voetbal International" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, şəhər bələdiyyəsi 2021-ci ildə şəhərdə dörd oyun keçirməyin mümkün olacağını vəd edib:

"Hələ də bəzi detalları müzakirə edirik, amma "Yohan Kroyf Arena" da oyunların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Hər şeyi tamamlamaq və rəsmiləşdirmək üçün bir az vaxt lazımdır. Buna müvəffəq olacağımızı güman edirik".

Daha əvvəl Rusiya, Danimarka, Şotlandiya və İspaniya AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti