AVRO-2020-nin yayım hüququ dövlət büdcəsi hesabına alınıb

16 May 2020 18:48 AÇ-2020 857
AVRO-2020-nin yayım hüququ dövlət büdcəsi hesabına alınıb

Tokio-2020 Yay Olimpiya Oyunları və AVRO-2020-nin yayım hüququ Azərbaycanın dövlət büdcəsi hesabına əldə olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə 2019-cu il dövlət büdcəsinin icrası haqqında hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, Avropa çempionatının bütün oyunlarının, o cümlədən Bakıda keçiriləcək 4 matçın və Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarının yayımlanması ilə bağlı əldə olunmuş yayım lisenziya hüququna görə tələb olunan zəruri xərclərin ödənilməsi təmin edilib.

Lakin konkret məbləğ göstərilməyib. AVRO-2020-nin yayım hüququnu AzTV və İTV, Tokio-2020-nin yayım hüququnu isə yalnız AzTV əldə edib. Hər iki nüfuzlu yarış koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti