"Bu günə qədər heç bir dəyişiklikdən xəbərimiz yoxdur"

13 May 2020 00:56 AÇ-2020 771
"Bu günə qədər heç bir dəyişiklikdən xəbərimiz yoxdur"

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan AVRO-2020-nin təqvimi hələ hazır deyil.

Sportinfo.az xəbər verir ki, bunu turnirin Rusiya Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

O bildirib ki, hazırda qitə birinciliyinin yalnız start və finiş tarixi bilinir: “Avropa çempionatının sadəcə başlama və bitmə tarixi açıqlanıb – 2021-ci il 11 iyundan 11 iyula qədər. Oyunların təqviminə gəlincə, bu günə qədər heç bir dəyişiklikdən xəbərimiz yoxdur. Təqvim hələ razılaşdırılmayıb. Hazırda əvvəlki təqvimi nəzərə alırıq”.

AVRO-2020-nin oyunları Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu turnirin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 matçına ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı