AVRO-2020: Səbirsizliklə gözlənilən qərarı AÇIQLADILAR

8 May 2020 09:14 AÇ-2020 934
AVRO-2020: Səbirsizliklə gözlənilən qərarı AÇIQLADILAR

Danimarka Futbol İttifaqı (DBU) və Kopenhagen şəhərinin rəhbərliyi 2021-ci ildə AVRO-2020-nin 4 oyununu təşkil etməyə hazır olduqlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, onlar eyni zamanda "Tur de Frans"ın bir mərhələsini də keçirəcəklərini bəyan ediblər.

"AVRO-2020-nin bütün 4 oyununu gələn yay Kopenhagendə keçirməyi bacaracağımızı fəxrlə elan edə bilərəm", - deyə şəhər meri Frank Yensen mətbuat konfransında açıqlama verib.

Daha əvvəl Danimarka tərəfi müəyyən edilmiş tarixə - 30 aprelədək müvafiq yazılı təsdiq məktubunu UEFA-ya göndərə bilməyəcəyini söyləyərək, mayın 8-dək vaxt istəmişdi. Artıq həmin məktub Avropa futbol qurumuna göndərilib.

AVRO-2020-də Danimarka yığması Kopenhagendə B qrupundakı rəqibləri Finlandiya, Belçika və Rusiyanı qəbul edəcək. Eyni zamanda 1/8 final mərhələsinin 1 görüşü paytaxtın "Parken" stadionunda keçiriləcək.

Çempionat qarşılaşmaları isə 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!