Azərbaycanda onlayn yeni çempionat keçiriləcək - FOTO

30 Aprel 2020 18:20 AÇ-2020 888
Azərbaycanda onlayn yeni çempionat keçiriləcək - FOTO

Aprelin 30-da AVRO-2020 könüllüləri üçün Onlayn İntellektual Çempionata start veriləcək.

Əməliyyat Komitəsindən Sportinfo.az-a verilən məlumata görə, çempionatın təşkilində məqsəd könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.

Hər ay davam edəcək çempionatın 2000 könüllü arasında keçirilməsi planlaşdırılır. Canlı olaraq təşkil olunacaq oyun eyni anda 10 “whatsapp” və “telegram” qrupu daxilində baş tutacaq. Hər qrupda 200 könüllü öz biliyini sınayacaq.

Yarışa qatılacaq könüllülər “Google” proqramı vasitəsilə hazırlanacaq sualları əvvəlcədən təyin olunmuş vaxt ərzində cavablandırmağa çalışacaqlar.

Sualları cavablandırmaq üçün veriləcək vaxt azlığını nəzərə alan təşkilatçılar çempionat zamanı iştirakçıların hər hansı internet resursundan istifadə edə bilməyəcəklərini vurğulayıblar.

Dörd mərhələdən ibarət olacaq yarış ümumilikdə 15 dəqiqə davam edəcək. Sonda qalib olacaq ilk üç yerin sahibinə xatirə hədiyyələri təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti