"Bu gün verə biləcəyimiz əlavə bir..."

27 Aprel 2020 15:48 AÇ-2020 806
"Bu gün verə biləcəyimiz əlavə bir..."

UEFA AVRO-2020 ilə bağlı növbəti dəfə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, qrumun SEO-su çempionata ev sahiblik edəcək ölkələrdə dəyişikliyin olmadığını söyləyib.

“AVRO-2020-nin gələn ilin11 iyun - 11 iyul tarixlərində keçiriləcəyi ehtimal olunur. Eyni oyun cədvəlini və şəhərləri saxlamaq niyyətindəyik. Ancaq bu mərhələdəki oyun təqvimi hələ rəsmi təsdiqlənməyib.

UEFA bu məsələdə 12 şəhərin hamısı ilə əlaqə saxlayır. Yeni elanlar müvafiq qaydada veriləcək. Bu gün verə biləcəyimiz əlavə bir məlumat yoxdur "-deyə, o, bildirib.

Bu yaxınlarda Danimarka Futbol İttifaqının prezidenti Jesper Möller Kopenhagenin oyunları keçirməyə hazır olduğundan əmin olmadığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti