6 şəhər AVRO-2020-ni qəbul etmək niyyətini təsdiqlədi

18 Aprel 2020 23:00 AÇ-2020 929
6 şəhər AVRO-2020-ni qəbul etmək niyyətini təsdiqlədi

AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi etməli olan şəhərlərdən bəzilər 2021-ci ilə təxirə salınan yarışla bağlı niyyətlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 6 şəhər turniri bir ildən sonra da qəbul etməyə hazır olduğunu təsdiqləyib.

Bunlar Bakı ilə yanaşı, Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), London (İngiltərə) və Münhendir (Almaniya).

Digər 6 təşkilatçı şəhər isə koronavirus pandemiyası üzündən bir il sonraya təxirə düşən çempionatı təşkil etmək niyyətindən dönmədiyini aprelin 30-dək təsdiqləməlidir.

Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) da qərarını açıqlamağa tələsmir.

12 şəhərdə keçirilməli olan AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti