Evdə qalanlar üçün: AVRO-da ən uzun...

11 Aprel 2020 11:48 AÇ-2020 748
Evdə qalanlar üçün: AVRO-da ən uzun...

2020-ci ildə keçirilməsi nəzərdə tutulan, lakin koronavirus ilə bağlı vəziyyətə görə 12 ay müddətinə təxirə salınmış Avropa çempionatında Belçika və İtaliya yığmaları bütün matçlarını qazanaraq yarımfinala çıxsalar, rekord qıracaqlar.

Sportinfo.az xəbər verir ki, təsnifat mərhələsində uğurlu çıxışları sayəsində belçikalılar və italiyalılar Avropa çempionatlarında qalibiyyət seriyasının uzunluğu üzrə rekord müəyyən edə bilərlər.

Hazırda rekorda 14 oyun, o cümlədən təsnifat mərhələsinin oyunları daxildir. Bu rekord Yoahim Lövün başçılığı altında AVRO-2012-nin 10 təsnifat turunun hamısında, final turnirinin qrup mərhələsinin üç matçında və dörddəbir finalda qalib gəlmiş Almaniya yığmasına məxsusdur.

Belçika və İtaliya AVRO-2020-nin təsnifat mərhələsində mümkün 10 qalibiyyətdən hamısını qazanaraq maksimum nəticə göstəriblər. Rekordu yeniləmək üçün onlara final mərhələsində daha beş matç qazanmaq, yəni yarımfinala heç-heçə və məğlubiyyət olmadan çıxmaq lazımdır.

AVRO-da ən uzun qələbə seriyaları (təsnifat oyunları daxil olmaqla)

14 Almaniya (03.09.10 – 22.06.12)

12 Fransa (25.06.00 – 13.06.04)

10 Çexiya (06.09.98 – 09.10.99)

10 İspaniya (26.06.08 – 11.10.11)

10 İngiltərə (08.09.14 – 12.10.15)

10 İspaniya (12.10.14 – 17.06.16)

10 Belçika (21.03.19 – )

10 İtaliya (23.03.19 – )

AVRO-nun final mərhələsində ən uzun qələbə seriyaları

5 Fransa (12.06.84 – 27.06.84)
5 Niderland (15.06.88 – 12.06.92)

5 Çexiya (21.06.00 – 27.06.04)

Bir AVRO çərçivəsində ən çox qələbə

5 Fransa (1984, 5 qələbədən)

5 Fransa (2000, 6 qələbədən)

5 İspaniya (2008, 6 qələbədən)

5 Fransa (2016, 7 qələbədən)

Digər Xəbərlər
Xəbər Lenti