AÇ-nın ev sahiblərinin azaldılması ilə bağlı xəbərlərə REAKSİYA

9 Aprel 2020 21:10 AÇ-2020 843
AÇ-nın ev sahiblərinin azaldılması ilə bağlı xəbərlərə REAKSİYA

UEFA növbəti il keçirilməsi planlaşdırılan Avropa çempionatının ev sahiblərinin azaldılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, qurumdan “Sky Sports”a verilən məlumatda bildirilib ki, məqsəd oyun cədvəlini və keçirilmə yerini olduğu kimi saxlamaqdır.

Qeyd olunub ki, yarışın cədvəli hələ rəsmi olaraq təsdiqlənməyib. Bu məsələdə ev sahibi olan bütün şəhərlərlə əlaqə saxlanacaq. Daha sonra məlumat veriləcək.

Bu gün mətbuatda koronavirusa görə UEFA-nın Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlərin sayını azalda biləcəyi barədə xəbərlər yayılmışdı.

Avro-2020 bu yay Bakı da daxil olmaqla Avropanın 12 şəhərinddə keçirilməli idi. Ancaq koronavirus pandemiyası görə turnir gələn ilin yayına kimi təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti