UEFA: "Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək"

9 Aprel 2020 17:22 AÇ-2020 4 453
UEFA: "Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək"

UEFA gələn il keçiriləcək AVRO-2020-nin təşkilinə yeni şəhərlər cəlb edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü, turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

O bildirib ki, təşkilatçı şəhərlərdən hansısa oyunları qəbul etməkdən imtina etsə, başqa variantlar gündəmə gələcək: "İmkanlar elə də geniş deyil.

Ya yeni şəhərlər olacaq, ya da matçlar yerdə qalanlar arasında yenidən bölüşdürüləcək. İkinci variant daha az zəhmət tələb tələb edir. Oyunların yenidən bölüşdürülməsi UEFA-nın səlahiyyətindədir".

Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya, Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti