"Avro-2020-dən daha vacib şeylər var"

17 Mart 2020 17:52 AÇ-2020 696
"Avro-2020-dən daha vacib şeylər var"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirus pandemiyası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Avro-2020-nin təxirə salınıb-salınmayacağıyla bağlı da fikirlərini bildirib:

“A Seriyası yenidən başlasa, əvvəlki formaya qayıtmaq üçün futbolçulara 10 gün və ya iki həftə vaxt lazım olacaq.

Bizim İtaliyada 15 gündə yaşadıqlarımızı indi başqa ölkələr yaşayacaq. Qərarın necə olacağını bilmirəm, ancaq Avro-2020-dən daha vacib şeylər var.

Hər kəsin sağlamlığının yerində olması, hamımızın stadionlara rahat gedə bilməyimiz vacibdir. Avro-2020 bir il sonraya ertələnsə də, çempion ola bilərik”.

AVRO-2020 12 iyun - 12 iyulda qitənin 12 şəhərində, o cümlədən Bakıda keçirilməlidir. Bakı Olimpiya Stadionunda iyunun 13-də A qrupunun İsveçrə - Uels iyunun 17-də Türkiyə - Uels, iyunun 17-də isə Türkiyə - İsveçrə matçları təşkil olunmalıdır. Eyni zamanda 1/4 final mərhələsinin 1 oyununun Azərbaycan paytaxtında keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"