“Üç gün əvvəl bizə yeni məlumat daxil oldu ki..."

12 Fevral 2020 19:44 AÇ-2020 825
“Üç gün əvvəl bizə yeni məlumat daxil oldu ki..."

Bu il keçiriləcək AVRO-2020 ilə bağlı dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Bakı Konqres Mərkəzində deyib.

Onun sözlərinə görə, A qrupunda qərarlaşan İsveçrə yığmasının təlim-məşq toplanışı ilə bağlı proqramında dəyişiklik edilib.

UEFA yanvarın 27-də Türkiyə və Uels yığmalarının toplanış üçün Bakını, İsveçrənin isə Romanı seçdiyini açıqlamasına baxmayaraq, Məmmədov hər üç millinin ölkəmizdə hazırlaşacağını söyləyib:

“Üç gün əvvəl bizə yeni məlumat daxil oldu. A qrupunda yer alan Türkiyə, İsveçrə və Uels yığmalarının hər üçü təlim-məşq toplanışı üçün Bakını seçib.

Bu o deməkdir ki, adıçəkilən komandalar ən azı 10 gün paytaxtımızda məskunlaşacaqlar. Nəzərə alaq ki, azarkeşlər belə yarışlar zamanı komandalarını tək qoymurlar. Deməli, həmin ərəfədə komandalarının məşqlərini izləmək üçün bu ölkələrdən Bakıya çox sayda azarkeş gələcək”.

E. Məmmədovun sözlərinə görə, turnir zamanı təxminən 200 min turistin ölkəmizə gəlişi gözlənilir.

İyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində keçiriləcək yarışın son 4 iştirakçısı pley-offda bəlli olacaq. Bakı isə A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final mərhələsinin 1 matçına da ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti