"Qarabağdan köç Rusiyanın faciəsidir"

23 Oktyabr 2023 03:50 Gündəm 881
"Qarabağdan köç Rusiyanın faciəsidir"

"Bu konfrans fövqəladə şəraitdə, müasir Ermənistan tarixinin ən qaranlıq səhifələrindən birinin fonunda keçirilir".

Bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvan Rus Evində təşkil edilən rus soydaşların 15-ci konfransında çıxış edərkən deyib.

O bildirib ki, biz Qarabağın 100 min sakininin öz vətənlərini necə tərk etməyə “məcbur edildiyinin” şahidi oldu:

“Bu faciənin ilk günlərindən Rusiya məcburi köçkünlərə həm özəl təşkilatlar, həm də dövlət səviyyəsində yardımlar edir. Rusiya bunu özünün faciəsi kimi qəbul edir”.

Azərbaycan Ordusu 19-20 sentyabrda apardığı lokal antiterror tədbirləri zamanı heç bir mülki obyektə zərbə endirməyib, bir mülki ev belə zərər görməyib, yalnız legitim hədəflər məhv edilib.

Antiterror tədbirləri başa çatandan sonra isə erməni sakinlərə Azərbaycana inteqrasiya təklif edilib və öz evlərində qalmaları üçün bütün şərait yaradılıb.

Bu həqiqəti rus səfir Kopırkinin bilməməsi mümkün deyil, çünki hər şey Qarabağdakı rus sülhməramlıların gözü önündə baş verib.

Belə halda rus səfirin Azərbaycana qarşı böhtan kampaniyasına qoşulması təəccüblüdür.

Digər Xəbərlər
Xəbər Lenti