“Bunu bir neçə dəfə demişəm, yenə təkrar edirəm"

30 Yanvar 2020 00:24 AÇ-2020 988
“Bunu bir neçə dəfə demişəm, yenə təkrar edirəm"

“AVRO 2020-ni böyük səbrsizliklə gözləyirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, turnirdə seçilənlərdən olaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis növbəti dəfə “ay-ulduzlular”ın Azərbaycanda keçiriləcək oyunları barədə danışıb: “Bunu bir neçə dəfə demişəm, yenə təkrar edirəm.

İki oyunumuzun Azərbaycanda olması bizim üçün üstünlükdür. Çox ciddi azarkeş dəstəyimiz olacaq. Hamımız bunun fərqindəyik. Ona görə də Bakıdakı görüşləri həyəcanla gözləyirik.

Təbii ki, bu çox yaxşı haldır. Ancaq bir o qədər də məsuliyyətdir. Azarkeşlərin hər zaman milli komandadan gözləntiləri böyük olur. Biz də çalışıb bu gözləntiləri qarşılamalıyıq”.

Türkiyə millisi AVRO 2020-də İtaliya, İsveçrə və Uels komandaları ilə bir qrupda yer alıb. “Ay-ulduzlular”ın İsveçrə və Uelslə olan görüşləri Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı