Türkiyə və Uels "Bakı" dedi, isveçrəlilər Romanı seçdi

28 Yanvar 2020 16:35 AÇ-2020 1 018
Türkiyə və Uels "Bakı" dedi, isveçrəlilər Romanı seçdi

AVRO-2020-nin final mərhələsində iştirak edəcək yığmalar turnir ərzində məskunlaşacağı şəhərləri müəyyənləşdiriblər.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda iki oyununu Bakıda keçirəcək 3 komanda - Türkiyə, Uels və İsveçrə də seçimini edib.

Türklər və britaniyalılar Bakıda qalmağa üstünlük veriblər. İsveçrə seçməsi isə İtaliyada məskunlaşacaq.

Qrup mərhələsinin Türkiyə - Uels, Uels - İsveçrə və İsveçrə - Türkiyə matçları ilə yanaşı, 1/4 finalın bir oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti