"Qrupumuzda gördüyümüz əsas çətinlik..."

6 Dekabr 2019 10:33 AÇ-2020 713
"Qrupumuzda gördüyümüz əsas çətinlik..."

"İlk hədəfimiz qrup mərhələsini adlamaqdır. Fikrimcə, komandamız bunu bacara bilər. Hər halda F qrupuna düşsəydik, vəziyyət daha mürəkkəb olardı".

Sportinfo.az xəbər verir ki, bunu İsveçrə millisinin direktoru Pyerluici Tami AVRO-2020-nin püşkatmasını dəyərləndirərkən deyib. Onunla yanaşı, İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blank da fikirlərini bölüşüb. Blank A qrupunda qərarlaşan komandanın Bakıda qalacağını istisna etməyib:

"Qrupumuzda gördüyümüz əsas çətinlik uzun uçuşlar və saat fərqidi. Turnirin gedişatında harda məskən salacağımız hələ məlum deyil. Plan qrupun iki matçını keçirəcəyimiz yerdə qalmaqdı. Yəni, komanda çox güman ki, Azərbaycanda olacaq".

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İsveçrəlilər həmin ayın 21-də paytaxtımızda Türkiyə ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!