Federasiya prezidenti: "Millimiz Azərbaycanda qalacaq"

2 Dekabr 15:02 AÇ-2020 356
Federasiya prezidenti: "Millimiz Azərbaycanda qalacaq"

Bu ilin mayından İsveçrə Futbol Assosiasiyasına başçılıq edən Dominik Blan AÇ-2020-nin final mərhələsinin püşkatması barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, federasiya rəhbəri yaxşı qrupa düşdüklərini, əsas çətinliklərinin məsafə və zamanla bağlı olduğunu deyib.

"Qrupumuzda əsas problemimiz məsafənin uzaqlığı və saat fərqi ilə bağlı olacaq. Hələlik hansı ölkədə düşərgə quracağımızı müəyyənləşdirməmişik. Əslində plan millimizin iki oyunu harada keçirəcəyi üzərində qurulmuşdu. Bu da o deməkdir ki, komanda Azərbaycanda qalacaq. Ancaq son qərarı verməmişik".

İsveçrə yığması qrupda ilk oyununu iyunun 13-də Uelsə qarşı keçirəcək. 4 gün sonra Romada İtaliya millisinin qonağı olacaq isveçrəlilər iyunun 21-də Bakıda Türkiyəyə qarşı qrupun son matçına çıxacaqlar.

Xəbər Lenti
10 Dekabr 15:57 Millimiz 2 pillə gerilədi
10 Dekabr 15:28 Kintana seçildi
10 Dekabr 14:43 Şikayəti rədd edildi
10 Dekabr 13:47 Skarlatake 1 il gözlədi
10 Dekabr 12:37 Yubiley qələbəsi