Avropa Liqasında son püşkün "ÖLÜM NƏTİCƏLƏRİ"

10 İyul 2020 15:24 Avropa Liqası 1 716
Avropa Liqasında son püşkün "ÖLÜM NƏTİCƏLƏRİ"

Avropa Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, final oyununun nominal meydan sahibləri də müəyyənləşib.

1/4 final

1. “Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna) cütünün qalibi - “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi

2. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi

3. “İnter” (İtaliya) / “Xetafe” (İspaniya) cütünün qalibi - “Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya) cütünün qalibi

4. “Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi

Yarımfinal

4 cütünün qalibi - 2 cütünün qalibi

3 cütünün qalibi - 1 cütünün qalibi

Qarılaşmalar Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində olacaq. 1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda keçiriləcək.

Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Kölndə baş tutacaq. Həlledici matçda “Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi ilə LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi arasındakı görüşdən üstün ayrılan tərəf nominal ev sahibi olacaq.

Qalib hər mərəhələdə 1 oyunla müəyyənləşəcək, matçlar Bakı vaxtı ilə saat 20:55 və 23:00-da başlayacaq.

Avropa Liqasında 1/8 final mərhələsinin baş tutmayan "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu