Azərbaycan klubunun YAŞADIĞI FACİƏ - VİDEO

12 May 2020 23:00 Avropa Liqası 951
Azərbaycan klubunun YAŞADIĞI FACİƏ - VİDEO

1996/97-ci il mövsümü. «Xəzri» tarixində ilk dəfə avrokuboklarda iştirak edir.

Sportinfo.az xəbər verir ki, Buzovna klubu UEFA Kubokunun ilkin tsnifat mərhələsində «Qutnik»lə qarşılaşır.

Polşada keçirilən ilk oyunda ev sahibləri böyükhesablı qələbə qazanır - 9:0. Maraqlıdır ki, təmsilçimiz 1 saatın tamamınadək qapısından cəmi 2 top buraxsa da, son 30 dəqiqədə faciəvi vəziyyətlə üzləşir.

Tofiq Bəhramov adına Respublika stadionunda isti hava şəraitində keçirilmiş görüşdə "Xəzri" Krakovdakı qarşılaşma ilə müqayisədə daha yaxşı çıxış edib.

Qəsəbə komandası Əfqan Talıbov və Paşa Əliyevin qolları ilə iki dəfə hesabda önə çıxsa da, oyunun sonlarında Yahaya yekun nəticəni müəyyənləşdirib - 2:2.

"Qutnik" daha sonra Çexiya "Siqma"sını da mübarizədən kənarlaşdırsa da, "Monako" ilə bacarmayıb. "Knyazlıq klubu" UEFA Kubokunda yarımfinaladək irəliləyib və finala gedən yolda turnirin qalibi olacaq İtaliya "İnter"inə iki oyunun nəticəsində uduzub - 1:3, 1:0.

Hazırda "Qutnik" Polşanın III Liqasında çıxış edir, "Xəzri" isə 1997-ci ildə dağılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!