“Beşiktaş” istəyinə 1 qolla çatdı - Avropa Liqasında NƏTİCƏLƏR

02:10 Avropa Liqası 532
“Beşiktaş” istəyinə 1 qolla çatdı - Avropa Liqasında NƏTİCƏLƏR

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, oyunların hamısı eyni günə təsadüf edib.

“Qarabağ”ın evdə ÇSKA (Sofiya) ilə heç-heçə oynadığı gündə bu cütün növbəti mərhələdəki potensial rəqiblərinin görüşündə Təl-Əviv “Makkabi”si “Şerif”i səfərdə 5 cavabsız qolla yenib.

“Beşiktaş” isə “Midtyulland”ı evdə minimal hesabla üstələyib.

Cavab oyunları iyulun 30-da keçiriləcək.

Qarabağ (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0
Dinamo (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) 2:3
Hammarbü (İsveç) – Anderlext (Belçika) 1:1
Şerif (Tiraspol, Moldova) – Makkabi (Təl-Əviv, İsrail) 0:5
Tromse (Norveç) – Hradeç (Çexiya) 0:1
Beşiktaş (Türkiyə) – Midtyulland (Danimarka) 1:0
Senkt Qallen (İsveçrə) – Benfika (Portuqaliya) 2:1
Tvente (Niderland) – Ferentsvaroş (Macarıstan) 1:2
Hayduk (Split, Xorvatiya) – Pafos (Kipr) 2:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!