“Başakşəhər” qazandı, MY darmadağın etdi - AVROLİQA

13 Mart 2020 01:53 Avropa Liqası 1 365
“Başakşəhər” qazandı, MY darmadağın etdi - AVROLİQA

Avroliqada 1/8 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” “Kopenhagen”i qəbul edib və minimal hesabla qalib gəlib.

“Mançester Yunayted” Avstriyada LASK-a 5 cavabsız qol vurub. “Olimpiakos” evdə “Vulverhempton”la heç-heçəyə razılaşıb.

“Ayntraxt”ın qonağı olan “Bazel” darmadağına imza atıb. “Volfsburq” da “Şaxtyor”la ev oyunundan məğlubiyyətlə ayrılıb. “Bayer” isə Qlazqoda “Reyncers”lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

"İnter" - "Xetafe" və "Sevilya" - "Roma" görüşləri koronavirus epidemiyasının İtaliyada yayılması ucbatından təxirə salınıb. Cavab oyunları martın 19-da keçiriləcək.

“Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) 0:3
Qol: Kampo, 27. Bua, 73. Frey, 85.

Baş hakim: Andreas Ekberq (İsveç)

Frankfurt stadium

“Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) 1:0
Qol: Vişça, 8-pen.

Baş hakim: Uilyam Kollum (Şotlandiya)

İstanbul. Başakşəhər Fatih Terim stadionu

LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) 0:5
Qol: İqalo, 28. Ceyms, 58. Mata, 82. Qrinvud, 90+2. A.Pereyra, 90+3.

Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)

Ştadt Lints stadium

“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) 1:1
Qol: Əl Arabi, 54 – Neto, 67.

Baş hakim: Klemen Turpin (Fransa)

Pirey. Georgios Karaiskakis stadionu

“Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) 1:3
Qol: Edmundsson, 75 – Haverts, 37. Aranquiz, 67. Beyli, 88.

Baş hakim: Şimon Marçinyak (Polşa)

Qlasqo. “Aybroks” stadionu

“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) 1:2
Qol: Bruks, 48 – Moraes, 17. Antonio, 73.

Baş hakim: Damir Skomina (Sloveniya)

“Volfsburq Arena”

Digər Xəbərlər
Xəbər Lenti