“Biz “Qarabağ”ı yaxşı tanıyırıq, Avropada böyük təcrübəyə malikdir”

7 Noyabr 2024 20:00 Avropa Liqası 796
“Biz “Qarabağ”ı yaxşı tanıyırıq, Avropada böyük təcrübəyə malikdir”

“Bodö-Qlimt” komandasının baş məşqçisi Kyetil Knutsen Avropa Liqasının əsas mərhələsinin IV turunda bu gün Budada “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis Azərbaycan çempionu haqda bunları deyib:

“Biz “Qarabağ”ı yaxşı tanıyırıq. 2024-cü ildə Avropada bütün komandalar diqqətli hazırlaşır və biz də istisna deyilik.

Yo Nyumo Matland artıq “Qarabağ”ın oyununa canlı baxıb. Bu, Avropada böyük təcrübəyə malik komandadır.

Baxmayaraq ki, bu sezon AL-də əsas mərhələyə pis start götürüblər”.

"Bodö-Qlimt" - "Qarabağ" görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda