"Qalatasaray" bu gün "Qarabağ"ın rəqibi ilə qarşılaşacaq - Avropa Liqası

23 Oktyabr 2024 15:20 Avropa Liqası 1 374
"Qalatasaray" bu gün "Qarabağ"ın rəqibi ilə qarşılaşacaq - Avropa Liqası

"Qalatasaray" bu gün Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi III turda İsveçin "Elfsborq" kollektivini qəbul edəcək.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə Portuqaliyada "Braqa"nın qonağı olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

"Qarabağ" noyabrın 7-də "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq.

Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu