“Qarabağ” və Avroliqanın qrup mərhələsinin bütün iştirakçıları - SİYAHI

1 Sentyabr 2023 07:40 Avropa Liqası 1 129
“Qarabağ” və Avroliqanın qrup mərhələsinin bütün iştirakçıları - SİYAHI

Avropa Liqasında pley-offun cavab matçlarından sonra qrup mərhələsinin son iştirakçıları da müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, turnirin bu mərhələsində 32 komanda mübarizə aparacaq.

Onların arasında Azərbaycan təmsilçisi "Qarabağ" da var.

Qrup mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Hər birində 4 iştirakçı olmaqla 8 qrup təşkil ediləcək. Qrupun qalibi 1/8 finala birbaşa vəsiqə qazanacaq,

2-ci yeri tutan həmin mərhələdə oynamaq üçün Çempionlar Liqasının 3-cüsü ilə yarışacaq.

Avropa Liqasının 3-cüsü isə avrokubokda mübarizəni Konfrans Liqasının pley-off mərhələsindən (1/16 final) davam etdirəcək.

32 klubdan 12-si qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Digər 20 iştirakçı AL-in ilkin pley-off mərhələsinin qalibləri və Çempionlar Liqasının pley-off mərhələsinin məğlublarıdır.

Qrup mərhələsinin bütün iştirakçıları:

Azərbaycan: "Qarabağ"

Avstriya: "Şturm", LASK

İngiltərə: "Brayton", "Liverpul", "Vest Hem"

İspaniya: "Betis", "Vilyarreal"

Fransa: "Olimpik", "Renn", "Tuluza"

İtaliya: "Atalanta", "Roma"

Almaniya: "Frayburq", "Bayer"

Yunanıstan: "Panatinaikos", "Olimpiakos", AEK

İsrail: "Makkabi" Hayfa

Norveç: "Molde"

Portuqaliya: "Sportinq"

Serbiya: "Baçka-Topola"

İsveçrə: "Servett"

Niderland: "Ayaks"

Beliça: "Yunion"

Kipr: "Aris"

Moldova: "Şerif"

Çexiya: "Sparta", "Slaviya"

İsveç: "Hakken"

Polşa: "Rakov"

Şotlandiya: "Reyncers"

Digər Xəbərlər
Xəbər Lenti