"Qarabağ"ın önünə bu geyimdə çıxacaq - FRANSIZLAR

31 Avqust 2022 09:00 Avropa Liqası 650
"Qarabağ"ın önünə bu geyimdə çıxacaq - FRANSIZLAR

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Fransa "Nant"ı qitəmiqyaslı turnir üçün geyim formasını təqdim edib.

Sportinfo.az xəbər verir ki, "Macron" firmasının hazırladığı geyim qara rəngdədir. Formanın qollarında Avropa Liqasının loqosu yer alıb.

18 ildən sonra qitə miqyasına Fransa Kubokunun sahibi kimi qayıdan "Nant" G qrupunda ilk oyununu sentyabrın 8-də evdə Yunanıstan "Olimpiakos"una qarşı keçirəcək.

Sentyabrın 15-də Fransa təmsilçisi Bakıda "Qarabağ"ın qonağı olacaq.

Oktyabrın 6-da Almaniyada "Frayburq"la səfər, oktyabrın 13-də isə ev oyunu nəzərdə tutulub.

Oktyabrın 27-də "Qarabağ"ı qəbul edəcək "Nant" qrup mərhələsinə noyabrın 3-də "Olimpiakos"a qarşı səfər matçı ilə yekun vuracaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"