Avroliqada 1/4, 1/2 və final mərhələlərinin püşkü - CÜTLƏR

18 Mart 2022 17:10 Avropa Liqası 1 222
Avroliqada 1/4, 1/2 və final mərhələlərinin püşkü - CÜTLƏR

Avropa Liqasında 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Qitənin ikinci dərəcəli klub turnirinin mövsümdəki son püşkatmasında öncə 1/4 final cütləri müəyyənləşib. 1/8 final səddini adlayanlar 4 cütlük təşkil edib.

1/4 final matçları aprelin 7-də və 14-də təşkil olunacaq.Ardınca yarımfinalın mümkün cütləri müəyyənləşib.

İspaniyanın Sevilya şəhərindəki finalın nominal meydan sahibi də bəlli olub. Yarımfinal aprelin 28-də və mayın 5-də, final mayın 18-də keçiriləcək.

1/4 final
1. “Leypsiq” (Almaniya) - “Atalanta” (İtaliya)
2. “Ayntraxt” (Almaniya) - “Barselona” (İspaniya)
3. “Vest Hem” (İngiltərə) - “Lion” (Fransa)
4. “Braqa” (Portuqaliya) - “Reyncers” (Şotlandiya)

1/2 final
5. 1-ci cütün qalibi - 4-cü cütün qalibi
6. 3-cü cütün qalibi - 2-ci cütün qalibi

Final
7. 6-cı cütün qalibi - 5-ci cütün qalibi

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"