Tanınmış azərbaycanlı dünyanın ən yaxşı "3-lüy"ünü açıqladı

1 İyun 08:20 Şahmat 1 805
Tanınmış azərbaycanlı dünyanın ən yaxşı "3-lüy"ünü açıqladı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov tarixdə üç ən yaxşı şahmatçının adları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 38 yaşlı qrossmeyster "Sport-Ekspress"ə müsahibəsində bildirib.

37 yaşlı qrossmeyster Mixail Tal, Anatoli Karpov və Robert Fişeri fərqləndirib.

O, özünəməxsus baxışlarının olduğunu söyləyib:

"Məsələn, mən Mixail Tala pərəstiş edirəm. Bilirəm ki, çoxları onu seçir, amma top-3-ə daxil etmirlər.

Mənim üçün isə Tal bir çox dünya çempionundan xeyli yüksəkdədir. Mixail Nexemyeviçin fantastik, parlaq oyunu olub.

Öz dövründə o, inanılmaz və inqilabi şəxsiyyət kimi görünürdü. Uşaq vaxtlarımda Mixail Botvinnikə də pərəstiş edirdim.

Onun partiyaları mənə elə çətin və dərin görünürdü ki, belə səviyyəyə çatmaq mümkünsüz təsəvvürü yaradırdı".

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var