“Mançester Yunayted” qalib gəldi, “Arsenal” qələbəni əldən verdi

9 Aprel 2021 00:55 Avropa Liqası 983
“Mançester Yunayted” qalib gəldi, “Arsenal” qələbəni əldən verdi

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Ayaks” doğma meydanda İtaliya “Roma”sını qəbul edib.

Üç qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

İngiltərə “Arsenal”ı “Slaviya”nı, “Mançester Yunayted” isə “Qranada”nı sınağa çəkib. London təmsilçisi doğma meydanda qələbəni əldən veribsə, “qırmızı şeytanlar” səfərdən inamlı qələbə ilə dönüb.

İspaniyanın turnirdəki yeganə təmsilçisi “Vilyarreal” Xorvatiyada “Dinamo”nun qonağı olub və minimal hesabla qalib gəlib.

1/4 final mərhələsinin cavab oyunları aprelin 15-də keçiriləcək.

8 aprel

Ayaks (Niderland) – Roma (İtaliya) 1:2
Qol
: Klaassen, 39 – Pelleqrini, 57. İbanes, 87.

Arsenal (İngiltərə) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol
: Pepe, 86 – Holes, 90+4.

Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya) 0:1
Qol
: Moreno, 44-pen.

Qranada (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:2
Qol
: Reşford, 31. B.Fernandes, 89-pen.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!