
“Qarabağ”ın da mübarizə aparacağı Avropa Liqasında 1-ci tura bu ay start verilir.
Sportinfo.az xəbər verir ki, ilk dəfə olaraq 36 komandanın iştirak edəcəyi yarışın Liqa mərhələsində hər tur 18 oyun keçiriləcək.
AL-də ilk turun matçları sentyabrın 25-26-na nəzərdə tutulub.
“Qarabağ” ilk görüşünü Londonda “Tottenhem”ə qarşı keçirəcək.
1-ci turun təqvimi aşağıdakı kimidir:
(Oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlanır. Başqa saatlarda start götürəcək matçların vaxtı ayrıca qeyd olunub)
25 sentyabr
Alkmaar” (Niderland) - “Elfsborq” (İsveç) (20:45)
“Bodo-Glimt” (Norveç) - “Porto” (Portuqaliya) (20:45)
"Dinamo" Kiyev (Ukrayna) - "Latsio" (İtaliya)
“Midtyulland” (Danimarka) - “Hoffenhaym” (Almaniya)
"Qalatasaray" (Türkiyə) - PAOK (Yunanıstan)
"Mançester Yunayted" (İngiltərə) - "Tvente" (Niderland)
“Nitsa” (Fransa) - “Real Sosyedad” (İspaniya)
"Ludoqorets" (Bolqarıstan) - "Slaviya" (Çexiya)
“Anderlext” (Belçika) - “Ferensvaroş” (Macarıstan)
26 sentyabr
00:00. "Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
“Fənərbaxça” (Türkiyə) - “Yunion” (Belçika) (20:45)
“Malmö” (İsveç) - “Reyncers” (Şotlandiya) (20:45)
“Ayaks” (Niderland) - “Beşiktaş” (Türkiyə)
“Roma” (İtaliya) - “Atletik” (İspaniya)
"Ayntraxt" (Almaniya) - "Viktoriya" (Çexiya)
FCSB (Rumıniya) - RFS (Latviya)
“Lion” (Fransa) - “Olimpiakos” (Yunanıstan)
“Braqa” (Portuqaliya) - “Makkabi” (Tel-Əviv, İsrail)